Həyat kredonuza çevriləcək aforizmlər

Kulis.az həyat kredonuza çevrilə biləcək  sitatları təqdim edir.

 

Əvvəl mən deyirdim: "Mən ümid edirəm ki, hər şey dəyişəcək". Sonra mən anladım ki, hər şeyin dəyişməsinin bir yolu var – mənim özümün dəyişməyi.  Cim Ron

 

Uğursuzluq – hər şeyi yenidən başlamaq imkanıdır, amma daha müdrikcəsinə.  Henri Ford

 

Əgər problemi həll etmək mümkündürsə, narahat olmağa dəyməz. Əgər problem həll edilməzdirsə, onda narahat olmağa ehtiyac yoxdur.  Dalay Lama

 

Siz çox istedadlısınız və çox səy göstərirsiniz. Amma başa düşməlisiniz ki, bəzi nəticələri əldə etmək üçün vaxt lazımdır. Məsələn, siz hətta 9 qadını hamilə qoysanız, 1 aydan sonra ata olmağınız mümkün deyil.  Uorren Baffet

 

Həyatda bir dəfə bəxt insanın qapısını döyür, amma insan həmin vaxtı yaxınlıqdakı pivəxanada oturur və heç bir qapı səsi eşitmir.  Mark Tven

 

Bizim ən böyük çatışmazlığımız ondadır ki, biz çox tez vaz keçirik. Uğura gedin yol yenidən cəhd etməkdən keçir.  Tomas Edison

 

Mən şəxsən çiyələklə qaymaq yeməyi sevirəm. Amma balıqlar qurd sevir. Ona görə də balıq tutmağa gedəndə mən öz sevdiyim yemək haqda deyil, balığın sevdiyi yemək haqda düşünürəm.  Deyl Karnegi

 

 

Səhər oyananda özündən soruş: “Mən nə etməliyəm”. Gecə yatanda özündən soruş: “Mən nə etdim?”  Pifaqor

 

 

Bədbəxt, uğursuz, xoşbəxt və sağlam olmayan o adamdır ki, o tez-tez “sabah” sözünü işlədir.  Robert Kiyosaki

 

 

Yaşlılar həmişə cavanlara məsləhət görür ki, pula qənaət edin. Bu pis məsləhətdi. Beş qəpikliklərə qənaət etməyin. Özünüzə maya qoyun. Mən 40 yaşıma qədər bir dollara da qənaət etməmişəm.  Henri Ford

 

 

Mən bunu istəyirəmsə, deməli bu olacaq.  Henri Ford

 

 

Mən məğlubiyyətlərə dözmürdüm. Mən sadəcə 10 min yol tapırdım, hansılar ki, heç vaxt işləmirdi.  Tomas Edison

 

Ağır iş, sizin indiyə kimi görmədiyin yüngül işlərin cəmidir.  Con Maksvell

 

 

Mənim çıxartdığım və hər zaman əməl etdiyim bir dərs var, cəhd etmək, cəhd etmək, yenə də cəhd etmək! Və heç vaxt təslim olmamaq!  Riçard Brenson

 

 

Əgər heç vaxt malik olmadığın bir şeyə malik olmaq istəyirsənsə, heç vaxt etmədiyin bir şeyi etməlisən.  Koko Şanel

 

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020