Toğrul Nərimanbəyov: "İlk rəsmimi 4 yaşında çəkmişəm" - Video-söhbət

Bu gün Xalq Rəssamı Toğrul Nərimanbəyovun doğum günüdür... 

 

SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Xalq Rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov 83 yaşında vəfat edib.

 

Toğrul Fərman oğlu Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində anadan olub. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Vilnüsdə Rəssamlıq İnstitutunu bitirib.

 

Toğrul Nərimanbəyov ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaradıb. Onun monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

 

Toğrul Nərimanbəyovun portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

 

Toğrul Nərimanbəyov bir çox ölkələrin orden və medalları ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq ifadəsidir.

 

Kulis.az mərhum sənətkarın qonaq olduğu “Pəncərə” verilişini təqdim edir.

 

 

 

LENT

14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019