Kino Evində təqdimat olacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Rəşid Ağamalıyevin quruluşunda “Züleyxa ilə dialoqlar” sənədli filminin təqdimat mərasimi baş tutacaq.

 

Kulis.az-ın verdiyi xəbərə görə, film Türkiyədə fəaliyyət göstərən, tanınmış musiqi terapevti Züleyxa Abdullayevaya həsr olunub və filmdə onun musiqi vasitəsilə fiziki, ruhi ağrıları necə müalicə etdiyindən, eyni zamanda  Hindistan və Çexiyadan müalicə etdiyi xəstələrin həyatından bəhs edir.

 

Filmin rejissoru Rəşid Ağamalıyev bildirir ki, Kino Evində baş tutacaq filmin nümayişindən sonra tamaşaçılar Züleyxa Abdullayevanın rəhbərliyi ilə xüsusi bir musiqi terapiyası seansını da yaşaya biləcəklər.

 

Yeri gəlmişkən, Rəşid Ağamalıyev 2007-2010-cu illərdə Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino məktəbində sərbəst dinləyici qismində iştirak edib. 2017-ci ildə Çex Respublikasının Olomouts şəhərinin Palatski Universitetində “Kinoşünaslıq” və “İngilis dilinin lologiyası” ixtisasları üzrə bakalavr dərəcəsi alıb. 2015-ci ildə Hollandiyanın Utrext səhərinin eyni adlı universitetində təhsil alıb. 2018-ci ildə Praqada Səhnə Sənətləri akademiyasının Kino və Televiziya fakültəsində “Kinoprodüser” ixtisası üzrə kurs bitirib. “Bayatı Şiraz” (2014) bədii klipinin, “Aşıq Qərib. Azərbaycanın məhəbbət dastanı” (2014) sənədli filminin və “Tar dərsləri” (2015-2017) maarifləndirici videolarının müəllifdir. 2018-ci ildə yaradılmış ilk Bakı Beynəlxalq Animasiya Festivalı ANİMAFİLM-in təsisçi və direktorudur.

 

Filmin rejissor və prodüseri Rəşid Ağamalıyev, operatorları Nina Şçamborova (Slovakiya), Raaşi Metkari (Hindistan), montajçı – Xorxe Sançes (İspaniya), səs operatorları Berk Tuğçu (Türkiyə), Yuras Karakadır (Belarus).

 

Filmin çəkilişlərində Züleyxa Abdullayeva (Türkiyə), Vidhi Mehrota (Hindistan), Elxan İlyasov (Çexiya), Rəşid Ağamalıyev (Azərbaycan) iştirak ediblər.

 

Xatırladaq ki, sənədli film  yanvar ayının 17-də (saat 19:00) Kino Evində nümayiş olunacaq.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020