“Köpək balığı” filmi yeni versiyada

“Universal” kinostudiyası rejissor Stiven Spilberqin çəkdiyi “Köpək balığı” filminin yeni versiyasını hazırlamağı düşünür.

Hazırda S.Spilberqlə bu yeni versiyada çəkiləcək filmə prodüserlik etməsi ilə bağlı danışıqlar gedir. Ekran əsərinin rejissoruna gəldikdə isə kinostudiya bir çox böyük filmlərdə kameraların arxasında dayanan argentinalı Endi Muşiettini namizəd hesab edir.

Qeyd edək ki, Stiven Spilberq “Köpək balığı” filmini (orijinal adı - Jaws) 1975-ci ildə çəkmişdir. Ekran əsəri böyük bir köpək balığının Emiti adasında dincələn insanlara hücum etməsindən bəhs edir. Yerli polis okeanoloq, məşhur balıq ovçusu ilə əlaqə quraraq onu tutmaq qərarına gəlir. Filmdə Roy Şayder, Robert Şou, Riçard Dreyfus və digər Hollivud ulduzları çəkilib. /azertag.az/

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020