Merilin Monronu kim öldürüb?

Antidepressant dərmanlar istifadə edən Merilin Monronu otağında ölü tapan psixo analitik, həkim Ralf Qrinsona aid möhürlü bir qutu tapılıb.

 

Kulis.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məşhur sənətçinin 1962-ci ildə, hələ 34 yaşında ikən ölümünə dair şübhələr davam etməkdədir. Qrinsonun sənətçiyə qəsdən yüksək dozalı dərman verdiyi iddia edilmişdi.

 

2039-cu ilə qədər açılmağı qadağan edilən qutuda Monroya aid sənədlər də var. Detektivlər, qutuda aktrisanın intihar deyil cinayət qurbanı olduğunu sübut etməyə kifayət qədər sənəd olduğunu qeyd ediblər.

 

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020