Kukla Teatrında premyera olacaq

Yanvarın 12-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni ildə balaca tamaşaçılarının görüşünə "Yeddi nar çubuğu" tamaşasının premyerası ilə gəlir.

 

Kulis.az xəbər verir ki, tamaşanı səhnələşdirən və şeirlərin müəllifi Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimovdur.

 

Klassik kukla tamaşası üslubunda hazırlanan “Yeddi nar çubuğu”nda əsasən kölgə teatrı elementləri tətbiq ediləcək. Parket və masaüstü kukla texnikalarında nümayiş olunacaq tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır.

 

Əsərdə Əməkdar artist Vüqar Camalzadənin “yurd”, “torpaq təəssübü”, “çağırış” və digər musiqiləri səsləndiriləcək.

 

“Yeddi nar çubuğu”nda obrazları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandıracaqlar.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020