Yazıçımızın əsəri İranda fars dilində çap olundu

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əli Cəfəroğlunun “Dənizçinin səyahəti” əsəri İran İslam Respublikasının Zəncan şəhərində “Möhür qələm” nəşriyyatında fars dilində çap olunub.

 

Əsər fars dilinə iranlı jurnalist və tərcüməçi Sahra Rzayi tərəfindən tərcümə edilib.

 

Bu povest ilk dəfə Azərbaycanda 2013-cü ildə işıq üzü görüb. Povestdə Avropa və Asiyanın müxtəlif ölkələri- Yaponiya, Çin, Vyetnam, Almaniya, Cənubi Koreya və.s haqqında maraqlı məlumatlar verilib. Əsərdə azərbaycanlı səyyahın dəniz yolu ilə bu ölkələrə səfəri və başına gələn maraqlı hadisələr yazıçı tərəfindən obrazlı və oxunaqlı dillə təsvir olunub.

 

Qeyd edək ki, Əli Cəfəroğlunun indiyədək yeddi kitabı işıq üzü görüb. Onun əsərləri müxtəlif dillərdə xarici dərgilərdə dərc olunub. Bu, müəllifin xaricdə işıq üzü görən ilk kitabıdır. /azertag.az/

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020