“Bafta”ya namizədlər açıqlandı - Siyahı

İngiltərə kino və televiziya sənət akademiyası tərəfindən təqdim olunan 73-cü “Bafta” kino mükafatının namizədləri məlum olub. Qaliblərin adları fevralın 2-də açıqlanacaq.

 

Kulis.az nominasiyalar üzrə namizədlərin sıralamasını təqdim edir.

 

Ən yaxşı film: “1917”, “İrlandiyalı”, “Joker”, “Bir dəfə Hollivudda”, “Parazit”

 

Xarici dildə ən yaxşı film: “Əlvida”, “For Sama”, “Ağrı və şöhrət”, “Parazit”, “Alodakı qızın portreti”

 

Ən yaxşı rejissor: Sam Mendes “1917”, Martin Skorzese “İrlandiyalı”, Todd Fillips “Joker”, Kventin Tarantino “Bir dəfə Hollivudda”, Pon Çjun Xo “Parazit”

 

Ən orjinal ssenari: “Təhsil” Suzanna Fogel, Sara Haskins, Emili Halpern, Keti Silberman, “Bıçaqları çıxartmaq” Rian Jonson, “Evlilik əhvalatı” Noa Baumbax, “Bir dəfə Hollivudda”, Qventin Tarantino, “Parazit” Pon Çjun Xo

 

Ən yaxşı aktrisa: “Vəhşi roza” Cessi Bakli, “Evlilik əhvalatı” Skarlett Yohanson, “Balaca qadın” Sirşa Ronan, “Skandal” Şarlz Teron, “Cudi” Rene Zelleqer

 

Ən yaxşı aktyor: Leonarda Di Kaprio “Bir dəfə Hollivudda”, Adam Drayver “Evlilik əhvalatı”, Teron Ecerton “Roketman”, Xoakin Feniks “Joker”, Jonatan Prays “İki papa”

 

Ən yaxşı musiqi: “1917”, “Coco dovşanı”, “Joker”, “Balaca qadın”, “Ulduz müharibələri”

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020