Ukraynada Nizami Gəncəvinin heykəli ucaldılacaq

2020-ci ildə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması nəzərdə tutulur.

 

Məlumata görə, artıq bununla bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir. Park şəhərin mərkəzi hissələrində olacaq. Bundan başqa bu il ərzində Ukraynada Azərbaycan Mədəniyyət günləri keçiriləcək.

 

Qeyd edək ki, son iki ildə Ukraynada Müslüm Maqomayev və Nəsiminin heykəlləri ucaldılıb. /azertag.az/

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020