“Qızıl qlobus”un qalibləri məlum olub - Fotolar

2019-cu il “Qızıl qlobus” mükafatı öz sahiblərini tapıb.

 

Kulis.az-ın verdiyi xəbərə görə, Los-Ancelesin “Beverly Hilton” otelində 77-ci “Qızıl Qlobus” mükafatlandırma mərasimi baş tutub.

 

“Ən yaxşı dramatik film” üzrə bu mükafatı “1917” filmi qazanıb. Filmin rejissoru Sem Mendes "Ən yaxşı rejissor" olmağı da bacarıb. 

 

Tarantinonun “Bir dəfə Holivudda” filmi həm “Ən yaxşı ssenari”, həm də “Ən yaxşı komediya” filmi olub.

 

“Cudi” filmində sərgilədiyi performansa görə Rene Zellveqer “Ən yaxşı qadın aktrisa” seçilib. “Coker” filminin baş rol ifaçısı Hoakin Feniks “Ən yaxşı kişi rolu”na layiq görülüb.

 

Komediya janrında çəkilən “The Farewell” filmindəki rolu ilə “Ən yaxşı qadın rolu”nda mükafat qazanan Akvafina, “Qızıl qlobus” tarixində bu mükafatı qazanan ilk Asyalı olub. Komediya janrında çəkilmiş ən yaxşı aktyor mükafatını Teron Edjerton – “Roketmen” qazanıb.

  İlin Dram Janrında Ən yaxşı serialı “Succession” olub. “Fleabag” və “Çernobıl” digər mükafat qazanan seriallar olub.

 

Cənubi Koreya istehsalı “Parasite” “Xarici dildə çəkilmiş ən yaxşı” film seçilib.

 

Digər nominasiyalarda mükafat qazananları təqdim edirik.

 

Ən yaxşı animasiya – “İtirilmiş bağlantı” (“Missing Link”)

 

İkinci planda ən yaxşı aktyor – Bred Pitt ( “Bir dəfə... Hollivudda”)

 

İkinci planda ən yaxşı aktrisa – Lora Dern (“Nikah hekayəsi”)

 

Ən yaxşı mahnı - I'm Gonna Love Me Again (“Roketmen”)

 

 

Ən yaxşı film musiqisi – Hildur Qudnadottir ( “Coker”)

 

Dramatik serialda ən yaxşı aktrisa – Oliviya Kolman (“Tac”)

 

Dramatik serialda ən yaxşı aktyor – Brayan Koks (“Vərəsələr”)

 

Komediya janrında çəkilmiş ən yaxşı teleserial – “Zibil” (“Fleabag”)

 

Komediya janrında ən yaxşı teleserial aktyoru – Rami Yussef (“Rami”)

 

Komediya janrında ən yaxşı teleserial aktrisası – Fibi Uoller-Bric (“Zibil”)

 

Ən yaxşı mini-serial aktyoru – Rassel Krou (“Ən güclü səs”)

 

Ən yaxşı mini-serial aktrisası – Mişel Uilyams (“Fossi/Verdon”)

 

İkinci planda ən yaxşı mini-serial aktyoru – Stellan Skarsqard ( “Çernobıl”)

 

İkinci planda ən yaxşı mini-serial aktrisası – Patrisiya Arkett (“İddia”- “The Act”)

 

 

Fəxri “Qızıl Qlobus” – Tom Henks

 

Qeyd edək ki, “Qızıl qlobus” illik mükafatı 1944-cü ildən Beynəlxalq Mətbuat Assosiasiyası tərəfindən təqdim olunur. Beynəlxalq Mətbuat Assosiasiyasına Hollivudda işləyən 90 beynəlxalq jurnalist daxildir. “Qızıl qlobus” əhəmiyyətinə görə “Oskar”dan sonra ikinci böyük mükafat sayılır.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020