Maykl Ceksonun ruhu ilə danışan aparıcı öldü

İngiltərədə paranormal hadisələrə dair televiziya layihələri ilə tanınan aktyor və teleaparıcı Derek Akora vəfat edib.

 

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, qripə yoluxandan sonra komaya düşərək xəstəxanaya yerləşdirilən 69 yaşlı aparıcının ölümü barədə xəbəri onun həyat yoldaşı da təsdiq edib.

 

Akora Derek paranormal hadisələrə həsr olunmuş "Derek Akoranın ruhlar şəhəri" teleserialı sayəsində məşhurlaşıb. O, bu mövzuda bir neçə kitab da yazıb.

 

Xatırladaq ki, Derek 2009-cu ildə Maykl Ceksonun ruhu ilə əlaqə qurması barədə açıqlaması ilə gündəmi zəbt etmişdi.

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020