"Palm Springs" Beynəlxalq Film Festivalı başladı

31-ci "Palm Springs" Beynəlxalq Film Festivalına dünən start verilib.

 

Kulis.az xəbər verir ki, yanvarın 13-nə qədər davam edəcək festivalın qala gecəsi dünən Kaliforniyada təşkil edilib. 2020-ci ilin "Palm Springs" Beynəlxalq Film Festivalının açılışına Cenifer Lopez, Çarliz Şeron, Robert De Niro, Antonio Banderas, Quentin Tarantino, Ceymi Foks və başqaları qatılıb. Onların bəzilərinə mükafat verilib. 

 

Gallery

 

Qeyd edək ki, hər il keçirilən "Palm Springs" Beynəlxalq Film Festivalı, Şimali Amerikadakı ən böyük film festivallarından biridir.

 

Gallery

 

Festival həmçinin, hər il keçirilən Film Mükafatları Galası ilə məşhurdur. "Palm Springs" Beynəlxalq Film Cəmiyyəti tərəfindən istehsal olunan festival 12 gün davam edir. Bu müddət ərzində festivalda  60 ölkənin istehsalı olan 200-dən çox film nümayiş olunur.

 

Gallery

 

Gallery

 

Gallery

 

Gallery

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020