Nobel namizədlərinin 50 il gizli saxlanılan siyahısı üzə çıxdı

Yazıçı Aleksandr Soljenitsının ilk dəfə 1969-cu ildə Nobel mükafatına namizəd olduğu üzə çıxıb.

 

Kulis.az Tass-a istinadən xəbər verir ki, bu fakt  İsveç Akademiyası tərəfindən indiyənə qədər  açıqlanmayan sənədlərin ortaya çıxarılması ilə öz təsdiqini tapıb. 

 

Məlumatda bildirilir ki, namizədlərin siyahıları 50 il  gizli saxlanılıb. Ortaya çıxan sənədlərə görə, Soljenitsın namizədliyi Kaliforniya Universitetinin professorları  Berkeley, Cakob Malkiel və Denzel tərəfindən irəli sürülüb.

 

Gallery

 

Nobel Komitəsi Soljenitsın əsərini yüksək qiymətləndirib və onun romanının son illərin Avropa ədəbiyyatında baş verən ədəbi hadisələrdən biri olduğunu bildirib.

 

Qeyd edək ki, 1970-ci ildə Alexandr Soljenitsın ədəbiyyat sahəsində Nobel mükafatına böyük rus ədəbiyyatının ənənəsindən qaynaqlanan mənəvi gücə görə layiq görülüb. 1974-cü ildə ölkədən qovularaq vətəndaşlıqdan məhrum edilən yazıçı yalnız 20 il sonra vətəninə qayıda bilib.  Yazıçı 2008-ci ildə 89 yaşında vəfat edib. 

 

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020