MDB ölkələri haqqında silsilə filmlər çəkiləcək

Özbəkistanda Müstəqil Dövlətlər Birliyinə üzvü ölkələrin qazandığı uğurlardan bəhs edən silsilə sənədli filmlər çəkiləcək.

 

Bu haqda “Özbəkkino”nun baş direktoru Firdavs Abduxalikov mətbuata açıqlamasında bildirib.

 

O deyib ki, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevlə Daşkənddə keçirilən görüşündə bu məsələlər geniş müzakirə olunub. F.Abduxalikov vurğulayıb ki, filmlərdə 2020-ci ildə Özbəkistanla MDB dövlətləri arasında əməkdaşlıqdan da bəhs olunacaq və bu ekran əsərləri Birlik ölkələrinin dövlət kanallarında nümayiş etdiriləcək.

 

O deyib ki, MDB Dövlət başçılarının Daşkənddə keçiriləcək Sammitində nümayiş etdiriləcək on dəqiqəlik sənədli film də çəkiləcək./azertag.az/

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020