"Xanım Taksi" təqdim olundu - Foto

Bu gün "Kitabevim.az" mağazasında yazıçı Azər Qismətin "Xanım Taksi" adlı kitabının təqdimat mərasimi keçirilib.

 

Kulis.az xəbər verir ki, "Xanım Taksi" Biz Klub layihəsinin sayca 4-cü kitabıdır. Azər Qismət Azərbaycanda daha çox novella ustası kimi tanınır. "Xanım taksi" kitabındakı novellalarda müxtəlif insanların üzləşdiyi situasiyalar, həmin vəziyyətlərdən çıxmaq manevrləri incə yumorla təsvir edilib.

 

Gallery

 

Bu, müəllifin oxucularla 3-cü gorüşüdür. Onun "Duman" kitabı, "Çuğullar" romanı işıq üzü görüb.

 

Gallery

 

Qeyd edək ki, Azər Qismət hal-hazırda AzTv-nin Ədəbi-Dram departamentinin baş redaktoru kimi fəaliyyət göstərir. 2016-cı ildə 400 nəfərin qatıldığı hekayə müsabiqəsində 1-ci yer tutub. Rusiyanın "Sodrujestva" müsabiqəsində 2-ci yer tutmaqla, əsərləri həmin ölkənin almanaxına salınıb. Hekayə və novellaları Ukrayna, Belarus, İran, Çexiya, Yaponiyanın ədəbi portallarında dərc edilib.

 

Gallery

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020