Kıvanç Tatlıtuğa Atatürk rolu təklif edildi

Tanınmış Türk aktyoru Kvanç Tatlıtuğa Atatürk rolu təklif olunub.

 

 Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki,  TRT ekranlarında yayımlanması nəzərdə tutulan “Ya istiqalal, ya ölüm” adlı serialda Atatürk obrazını canlandırması ilə bağlı açıqlama verən Kıvanç Tatlıtuğ  sözügedən obrazın ona təklif edildiyi xəbərini təsdiqləyib.

 

Tatlıtuğ verdiyi açıqlamasında təəssüflənərək başqa layihədə yer aldığı üçün TRT-nin təklifini qəbul edə bilmədiyini bildirib:

 

“Bəli təklif gəldi. Ən çox oynamaq istədiyim obrazlardan biri Atatürk olduğu üçün bu təklifin gəlməsindən qürur duydum. Ancaq, əvvəlcədən söz verdiyim başqa bir layihədə yer aldığım üçün TRT-nin bu təklifinə təəssüflər olsun ki, müsbət cavab verə bilmədik”.

 

 

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020