Tanınmış şair Taleh Yüzbəyovu sərt tənqid etdi

Tanınmış şair Rasim Qaraca məşhur videobloger, aktyor Taleh Yüzbəyovu sərt tənqid edib.

Kulis.az xəbər verir ki, şair aktyoru şəxsiyyət ikiləşməsində ittiham edib. Rasim Qaraca bildirib ki, bu ikiləşmə talantı məhv edir:

"Orta Statistik Rasim" az-çox müstəqil rejissor işinin təcəssümü və onunla konsept olaraq təzad təşkil edən "Oxşarabad" kimi konyuktur əsər - eyni rejissorun beyninin və ya əməyinin məhsuludur. Bax, sənətdəki bu ikibaşlılıq məncə hər zaman ziyanlıdır, gec-tez talantın məhv olmasına gətirib çıxarır. Yüzbəyov mənə görə böyük talantdır, ancaq onun şəxsiyyətinin bu şəkildə ikiləşməsi özünün mənfi təsirini göstərəcək və bu talant inkişaf edə bilməyəcək - bu həqiqəti təəssüflə dərk edirəm".

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020