Aqşinin kitabını tələbələrə paylayan şair: "Ağlıma ilk gələn..."

“Mətndə olan enerjini insanlarımıza çatdırmaqda kiçik bir vəsilə olmaq istədim”

 

Bu sözləri Kulis.az-a şair Seyran İsmayılov gənclərə kitab hədiyyə etməsindən danışarkən bildirib. O, qeyd edib ki, bu addımı atmaqda məqsədi kitabın daha çox insana çatmasına vəsilə olmaqdır.

 

“Kitabı alıb oxudum, ədəbiyyatımız və cəmiyyətimiz adına çox faydalı bir mətn olduğu qənaətinə gəldim. Bu kitaba da başqa kitabların aqibətini yaşatmamaq və ya bu mətndə olan enerjini insanlarımıza çatdırmaqda kiçik bir vəsilə olmaq istədim. Ağlıma ilk gələn fikir bu kitabı imkan daxilində insanlara çatdırmaq oldu. Bir neçə kitab alıb insanlara bağışlamaq istədim. Sonra da belə məlum oldu ki, bunu tələbələr arasında etmək daha effektiv olar və daha 50 kitab tələbələr üçün nəzərdə tutuldu.  Etdiklərimiz bu əsərin böyüklüyü qarşısında gözə görünməyəcək zərrələrdi. Keçmişdə də olub gələcəkdə də olacaq . Amma xususi heç bir çagırış yoxdur. Gördüyüm işin ümumi təsiri olacaqsa nə xoş mənə”.

 

Xatırladaq ki, şair Seyran İsmayılov Aqşin Yeniseyin yeni nəşr olunan “Tarix və Tale” kitabını alaraq, tələbələrə hədiyyə edib.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020