Yazıçılarımız Yeni ili harada qarşılayacaq? - Sorğu

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramıdır. Hər kəs həmrəylik gününü və Yeni ili fərqli və yaddaqalan şəkildə qeyd etmək istəyir. Bəziləri evində ailəsi ilə, bəziləri bölgələrimizdə, əyləncə mərkəzlərində və ya xarici ölkədə Yeni ili qarşılamağa hazırlaşır.

 

Kulis.az yazıçılarımızın Yeni ili harada, necə qarşılayacağını öyrənib. Cavabları təqdim edirik.

 

Anar

 

Image result for Yazıçı Anar kulis.az"

 

- Yeni ili evdə ailəmlə qarşılayacam.

 

Fikrət Qoca

 

Image result for Fikrət Qoca"

 

- Yeni ili nəvəmlə birlikdə qarşılayacam. Hər kəsə, gənclərə can sağlığı arzulayıram. Gənclərimizi firavan, torpaqlarımızı bütöv görmək istəyirəm. Qarabağı görmədən ölmək istəmirəm.

 

Sabir Rüstəmxanlı

 

Image result for Sabir Rüstəmxanlı"

 

- 2019-cu ili İstanbulda, ailə dostlarımızla bir yerdə qarşılamışdıq. Bu il gedə bilmirik. Hindistandan qonaqlarımız var, yəqin onlarla, restoranların birində yer ayırtdırarıq. Düzünü deyim, mən Yeni il bayramını sevmirəm. Uşaqlıqda bizim əsas bayramımız Bahar bayramı idi. Yeni il tarixinə və təbiətimizlə uyumsuzluğuna görə məni çəkmir, mənə doğma deyil. Rəsmi il dəyişikliyi də yaşımızı artırdığına görə məni qəmləndirir. Amma yaxşı ki, Yeni ilin yanında həmrəyliyimiz bayram edilir. Ümumiyyətlə millətimizin ruhuna və tarixinə bağlı olmayan, import bayramları sevmirəm. Bayramların sevinc qabarmasında mənim normal həyatım dərinliyə batır və kədərlənirəm...

 

Afaq Məsud

 

Image result for Afaq Məsud"

 

- Yeni ili ailəmlə bir yerdə keçirəcəm. Hər kəsin qarşıdan gələn Yeni ilini təbrik edirəm.

 

Baba Vəziroğlu

 

Image result for Baba Vəziroğlu"

 

- Yeni il Rəşid Behbudov küçəsindəki evimdə qarşılayacam.

 

Aqşin Yenisey

 

Image result for Aqşin Yenisey"

 

- Ankarada Yeni il havası olmur, mən də xalqa ayaq uydurmağa çalışacağam. Yəni qaxılıb oturacağam evdə. Qar yağsa, planlar dəyişə bilər...

 

Rəşad Məcid

 

Image result for Rəşad Məcid"

 

- Yeni ili Ağcabədidə qohumlarımla bir yerdə qeyd edəcəm.

 

Rəbiqə Nazimqızı

 

Image result for Rəbiqə Nazimqızı"

 

- Yeni ili anam, qızım və balaca qardaşım oğluyla Gürcüstanda, Qara dənizdə qarşılayacağıq. Niyə Qara dənizdə? Çünki aldığımız "turpaket"ə görə, 31 dekabr saat 23.59-da gəmidə olacağıq. Belə bir qeyri-adi Yeni il. Sonra Trabzona getməliyik. Hardasa yanvarın 4-də, ya 5-də Bakıda olacağam. Açığı, getmək kimi bir arzum yox idi, istirahət günlərində maliyyəyə hesablanmış başqa işlər görməyi planlaşdırmışdım, sadəcə, doğmalar israr elədilər, bütün işləri təxirə salmalı oldum.

 

Planlarımda heç nə yoxdu, sadəcə, avtobusda, gəmidə, oteldə vaxt tapan kimi şeir yazmaq istəyirəm. Ümumiyyətlə, bu aralar yalnız yazmaq istəyirəm.

 

Şəhriyar Del Gerani

 

Image result for Şəhriyar Del Gerani"

 

- Xüsusi bir ritualım yoxdur. Çox yəqin keçən il olduğu kimi Kiyevin mərkəzi meydanlarından birinə gedəcəyəm dostlarla. Bakı vaxtı ilə siz məndən 2 saat qabaq qeyd edəcəksiniz. Burdan da göründüyü kimi, çox formal şeydir bu. Bütün dəyişikliklər nanotexnoloji müstəvidə baş verəcək, məsələn, mobil telefonlarımızda avtomatik olaraq il, ay və sairə yenilənmələr gedəcək.

 

Ümumiyyətlə, rəqəmlərə bağlı nəsnələr mənə heç nə demir. Mənim üçün gerçək bayram Novruzdur. Torpağın, təbiətin oyanışından çox informasiyalar götürürəm, ünsiyyətim alınır yəni. Yeni il mənə heç nə demir. Belə baxanda, heç mən də ona bir söz demirəm. Özümü bütün tərəflərimlə Şərqli hesab edirəm. Və də təbiət kimi yazdan yaza yenilənirəm mahiyyətcə. Üstəlik, 25 ildir təhsil alıram - ibtidai sinifdən, orta məktəbdən, 3 universitetdə bakalavrdan tutmuş bu günə - magistraturaya qədər mənim üçün Yeni İl dərs ilindən başlayır, yəni sentyabrda başlayır, iyunda bitir. Amma hər kimlər bu təqvimi Bayram hesab edir, onları ürəkdən təbrik edirəm. 31 dekabr mənə görə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”ndən savayı bir şey deyil. Gələcək gözəl, işıqlı-yaraşıqlı Azərbaycan və azərbaycanlılar üçün xeyirli olsun.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020