Anam məni tanımırdı - Şəhriyardan poetik bir parça


2011-in oktyabrı,
anam yaddaşını itirmişdi,
heç kəsi üzdən tanımırdı,
pəncərənin o üzündə yağış yağırdı,
mən siqaret çəkmək üçün həyətə düşdüm.

2011-in payızı,
soyuq idi,
anam yaddaşını itirmişdi,
heç kəsi üzdən tanımırdı,
pəncərənin o üzündə yağış yağırdı,
mən siqaret çəkmək üçün həyətə düşmüşdüm
və qayıtdım anam yatan otağa.

2011-in oktyabrı,
yağış da yağırdı,
son günlər anam yaddaşını itirmişdi,
heç kəsi üzdən tanımırdı,
mənə baxıb susurdu,
mən də ona susurdum,
biz, bir-birimizə baxıb ucadan susurduq,
siqaret çəkmək üçün həyətə düşmüşdüm,
daha sonra qayıtmışdım anam yatan otağa.
Və qəflətən sükut pozuldu,
mənə baxıb gileyli səslə belə dedi:
"Noolar, gecələr get o Şəhriyarı yolux, yatanda üstünü açır..."

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020