Professional Kinorejissorlar Gildiyasına sədr seçildi

 Azərbaycan Professional Kinorejissorlar Gildiyasının 20 illiyinə həsr olunmuş hesabat seçki konfransı keçirilib.

 

Kulis.az  Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, konfransda görülən işlər müzakirə olunub və idarə heyətinin işi qənaətbəxş sayılıb. Kinorejissor Hüseyn Mehdiyev səs çoxluğu ilə yenidən Kinorejissorlar Gildiyasının sədri seçilib.

 

Azərbaycanı Professional Kinorejissorlar Gildiyasının fəaliyyəti dövründə ilk dəfə olaraq məhz bu konfransda Gildiyanın sədrinin müavinləri seçilib.

 

1-ci müavin, əməkdar incəsənət xadimi Rafiq Quliyev, 2-ci müavinlər Mirsadıq Ağazadə və Elçin Musaoğlu olub.

 

Qeyd edək ki, konfrans iştirakçıları son illər Azərbaycan klassik filmlərinin rəqəmsal bərpası haqqında da fikir mübadiləsi aparıblar. Bu təşəbbüslər müsbət qiymətləndirilsə də, filmlərin rəng həllinə, səs həllinə olan müdaxilə yolverilməz sayılıb və müəllif hüquqlarının pozulması kimi qiymətləndirilib.

 

O da qeyd olunub ki, bütün hallarda bu filmlər “Azərbaycanfilm”in nəzarətində peşəkar komissiya tərəfindən qəbul edilməlidir.

 

 

Gallery

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020