Həmkarı Aqşin Yeniseyin 50 kitabını alıb tələbələrə hədiyyə edir

Şair Seyran İsmayılov Aqşin Yeniseyin 50 kitabını tələbələrə hədiyyə edir.

 

Kulis.az xəbər verir ki, bu barədə Aqşin Yenisey məlumat verib. O, bildirib ki, cəmiyyətə müzakirə mühiti universitetlərdən yayılır. Bu vaxta qədər analoji vəziyyətin qənaətbəxş olmadığını deyən müəllif bu addımın sözügedən sahəyə kiçik töhfə olacağını əlavə edib. Tələbələrə hədiyyə olunacaq kitablar gənclərin Aqşin Yeniseyin sözügedən postuna verdikləri reaksiyaya uyğun təqdim olunacaq.

 

Qeyd edək ki, Seyran İsmayılov ötən gün də Aqşin Yeniseyin "Tarix və tale" romanından 20 ədəd alaraq gənclərə hədiyyə etmişdi.

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020