Sami Yusufdan azərbaycanlılara Həmrəylik Günü töhfəsi - Video

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Sami Yusuf “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqramdan daha bir möhtəşəm parçanı – “Azərbaycan” kompozisiyasını “YouTube” kanalında paylaşıb.

 

 Sözügedən kompozisiyanı Sami Yusuflə bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (sol tarda Sahib Paşazadə) və xor ifa edir.

 

Qeyd edək ki, Sami Yusufun sözügedən proqramdan bir parçanı – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirməsi internet məkanında əsl hadisəyə çevrilmişdi.

 

Xatırladaq ki, Böyük Britaniyada yaşayan Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir. Albomları ilə dünya şöhrəti qazanan musiqiçi “Time” jurnalı tərəfindən “İslam dünyasının ən böyük musiqi ulduzu” elan olunub. 2019-cu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram təqdim olunub.

 

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020