Akif İslamzadə sandıqda saxladığı mahnılarını yayımlayacaq - İlk dəfə - Video

Məşhur Müğənni Akif İslamzadənin 1980-ci illərdə yazıb üzə çıxarmadığı mahnılar təqdim olunacaq.

 

Kulis.az xəbər verir ki, bu barədə müğənni İTV-nin "Ötən günlər" verilişində qonaq olarkən danışıb. O, bildirib ki, mahnılar yanvar ayında tamaşaçılara təqdim olunacaq.

 

Akif İslamzadə verilişdə səsinin batmasına bir daha münasibət bildirib. O, bildirib ki, el arasında dolaşan şayələrin heç bir əsası yoxdur, onun səsi kiminsə tərəfindən bilərəkdən batırılmayıb.

 

"Deyirlər, guya mənim çayıma nəsə qatıblar. Bunlar şayədir. Bu sadə bir qəzadı". 

 

Qeyd edək ki, Azərbaycan musiqisinin əfasənəvi səslərindən olan Akif İslamzadənin 1980-ci illərdə səsi korlanıb. Son 30-40 il ərzində yeni mahnı yazdırmayan müğənni hələ də xalqın ən sevimli sənətkarlarından biridir.

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020