Məmməd Aslanın 80 illiyi keçirilib

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Məmməd Aslanın anadan olmasının 80 illiyinə həsr olunmuş poeziya gecəsi keçirilib.

 

Tədbirdə Məmməd Aslanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Onun ümummilli lider Heydər Əliyevlə həmsöhbət olduğu fraqment tədbir iştirakçılarına göstərilib. Eyni zamanda, videoçarxda İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun Məmməd Aslanla bağlı xatirələri yer alıb.

 

Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı və digər çıxış edənlər Məmməd Aslanın yaradıcılığından danışıb və onunla bağlı xatirələrini bölüşüblər.

 

Gecədə aşıqların ifasında müxtəlif saz havaları səsləndirilib.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020