İsanı homoseksual göstərənlərə hücum etdilər

İsa Məsihi gey kimi təsvir edən "Məsihin ilk sınağı" filminin yaradıcılarına “Molotov kokteyli” ilə hücum olunub.

 

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, Braziliya istehsalı olan filmin yaradıcı heyətinə qarşı hücumlar səngimək bilmir.

 

Filmin efirlərdən çıxarılması üçün 2 milyon insanın imza toplamasından sonra bir qrup insan tərəfindən filmin prodüsserliyi ilə məşğul olan komediya qrupunun binasına “Molotov kokteyli” ilə hücum edilib.

 

Hücumda heç kimin zərər görmədiyini bildirən qrup üzvləri bəyanatlarında qeyd ediblər ki, "biz daha güclü, daha ruhlandırıcı olmağa davam edəcəyik, ölkə bu nifrət fırtınasından xilas olacaq. Sevgi və söz azadlığı hökm sürəcək ".

 

Braziliya prezidentinin oğlu Eduardo Bolsonaro filmi zibil adlandıraraq, prodüsserlərin Braziliya cəmiyyətini təmsil etmədiyini bildirib.

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020