Fransada yaşayan musiqiçimiz yeni albomunu təqdim etdi

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə Parisdə yaşayan həmyerlimiz, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədəlinin “The Spirit of Azerbaijan” musiqi albomu ictimaiyyətə təqdim olunub.

 

Kulis.az xəbər verir ki, layihənin hazırlanmasında məqsəd milli musiqimizin geniş təbliği, Azərbaycan xalq və bəstəkar mahnılarının daha geniş auditoriyaya tanıdılmasıdır.

 

Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılıb. Albomda Etibar Əsədəlinin royalda canlı ifası ilə Azərbaycan xalq mahnılarından “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, bəstəkar mahnılarından Fikrət Əmirovun “Mən səni araram”, Emin Sabitoğlunun “Bəlkə, bəlkə, bəlkədə”, Səid Rüstəmovun “Qurban adına”, Sevil Əliyevanın “Qayıt əzizim”, Tofiq Quliyevin “Əziz dost”, muğam improvizasiya və pianoçu-bəstəkarın öz bəstələri lentə alınıb. Musiqi albomunda ifalarla yanaşı, Azərbaycan musiqisi, layihə və ifaçı haqqında ingilis dilində məlumatlar verilib.

 

Layihənin musiqi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur./azertag.az/

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020