"Teatr almanaxı" kitabı çap olundu

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) nəşrləri çərçivəsində “Teatr almanaxı” kitabının IV cildi Ankarada işıq üzü görüb.

 

Kulis.az xəbər verir ki, kitab Azərbaycanın böyük dramaturqları Cəlil Məmmədquluzadənin 150, Cəfər Cabbarlının 120, başqırdıstanlı dramaturq Mustay Kərimin 100 illik yubileylərinə ithaf olunub.

 

Nəşr Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tərəfindən çapa hazırlanıb.

 

Kitabda böyük dramaturqlar Cəfər Cabbarlının “Ədirnənin fəthi”, Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” və Mustay Kərimin “Ay tutulması gecəsi”, qazaxıstanlı Duman Ramazanın “Abılay xanın arzusu”, tatar Tufan Minnulinin “Şeytana lənət” pyesləri və digər türkdilli xalqların yazıçılarının əsərləri türk dilində yerləşdirilib.

Nəşrin “Ön söz” müəllifi TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdur./azertag.az/

 

Gallery

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020