"Azdrama"da yeni il şənliyi

Akademik Milli Dram Teatrında Yeni il şənlikləri təşkil olunacaq.

 

Teatrın mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə “Şaxta Baba və Befan nənələr" adlı səhnə əsəri hazırlanıb. Səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Emil Əskərov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Xanım Həsənovadır.

 

Tamaşada Əməkdar artistlər Mətləb Abdullayev, Əlfida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva, aktyorlar Fəridə Şahbazova, Dilarə Nəzərova, Vüsal Mustafayev və başqaları çıxış edirlər.

 

Yeni il tamaşası bu gündən başlayaraq yanvarın 6-dək nümayiş olunacaq. Səhnə əsəri müvafiq olaraq 10:00, 12:00, 14:00, 16:00-da oynanılacaq.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020