Xalq artisti vəfat etdi

"Sovremennik" ("Çağdaş") teatrının bədii rəhbəri, SSRİ Xalq artisti Qalina Volçek  vəfat edib.

 

Kulis.az Lenta.ru-ya istinadən xəbər verir ki,  87 yaşlı aktrisa ağciyər iltihabı diaqnozu ilə Botkin xəstəxanasına yerləşdirilib. Volçek dünən gecə saatlarında Moskvada xəstəxanada dünyasını dəyişib.

 

Qalina Volçek 1933-cü il dekabrın 19-da Moskvada, məşhur kino operatoru və rejissor Ber (Boris) Volçek və senarist Vera Mayminanın ailəsində doğulmuşdu.

1956-cı ildə Moskva Bədii Teatrının (MXAT) gənc müdavimləri Oleq Yefremov, Yevgeni Yevstiqneyev, İqor Kvaşa, Oleq Tabakov və Qalina Volçek "Gənc aktyorların studiyası"nı yaradıblar. Sonradan həmin studiya "Sovremennik" adlanmağa başlayıb. Studiyaya Yefremov başçılıq edib. Həmin vaxtdan Volçekin həyatı bu teatrla bağlı olub. 60-cı illərdə teatr ən yeni, təzə, gənc, proqressiv ideyaların simvoluna çevrilib. "Sovremennik"ə bilet almaq üçün insanlar gecədən səhərədək kassa qabağında növbə tuturmuşlar, hər tamaşa bir hadisəyə çevrilirmiş.

 

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020