Azərbaycanlı yazıçının kitabı "İlin ən çox satılan kitabları" siyahısında...

Azərbaycanlı yazıçı Elçin Səfərlinin “İşıq yanan ev” romanı “Forbes Rossiya” jurnalının “İlin ən çox satılan kitabları” siyahısına daxil edilib.

 

Rusiyanın “ACT” nəşriyyatında bu ilin iyun ayında çapdan çıxmış romanın indiyədək 41 min 300 nüsxəsi, eləcə də 1109 elektron variantı satılıb. Jurnalın Azərbaycan yazıçısına aid təqdimatında soydaşımızın yaradıcılığı yeniyetmələrin həvəs göstərdiyi “hygge” anlayışı ilə Paolo Koelo üslubunun qarışığı adlandırılır, Elçin Səfərlinin kitablarında sadə dildə yazılmış sevgi hekayələrinin dənizin səsi, qəhvə qoxusu, isti küləyə büküldüyü deyilir.

 

Bütövlükdə 12 kitabın yer aldığı reytinqdə birinci yeri yunan yazıçısı Aleks Mikaelidesin “Susqun pasiyent” əsəri tutur. Kitabın bu il 89,4 min nüsxəsi satılıb. İkinci və üçüncü yerləri Rusiya yazıçısı Dina Rubina və norveçli Yu Nesbyo bölüşdürülər./azertag.az/

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020