Tanınmış şairin adına kitab sərgisi açılıb

Dekabrın 25-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, şair və elm xadimi, professor Famil Mehdinin anadan olmasının 85 illiyi münasibətilə “Famil Mehdi – 85” adlı kitab sərgisi açılıb.

 

Sərgidə şairin əsərləri, tərtib etdiyi, redaktoru olduğu, haqqında yazılmış kitablar, dövri mətbuatda nəşr olunmuş şeirləri, məqalələri nümayiş olunur.

 

Sərgi bir həftə davam edəcək. /azertag.az/

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020