Gənc rəssamların sərgisi keçiriləcək

Azerbaijan Digital Art-School-da rəssamlar Rəsul Həsən və Ramilə Şamilovanın tələbələrinin işlərindən ibarət Qrafiq Dizayn və Rəssamlıq sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, 25 dekabr saat 19-da keçirələcək sərgi tələbələrin üç ay ərzində ərsəyə gətirdikləri işlərdən ibarət olacaq. Sərgidə akademik və yaradıcı üslublar, müxtəlif dizayn işləri nümayiş olunacaq.

Sərginin məqsədi yaradıcı mühitə təsir göstərmək, həmçinin sərgi iştirakçılarını geniş kütlələrə tanıtmaqdır.

Sərgidə 27 nəfər iştirakçının işləri nümayiş olunacaq.

 

Giriş sərbəstdir

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020