İsmayıl Şıxlının 100 illiyi qeyd olundu - Foto

TEAS Press Nəşriyyat Evinin əmtəə nişanı olan “3 alma”nın təşkilatçılığı ilə Avropa Azərbaycan Məktəbində Azərbaycanın xalq yazıçısı, publisist İsmayıl Şıxlının 100 illiyinə həsr olunan növbəti tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, məktəbin müəllim və şagird heyətinin iştirak etdiyi tədbirdə yazıçının övladları Elçin və Fərrux Şıxlı, həmçinin uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı və Mürşüd İsmayılzadə də iştirak edib. Tədbir boyu İsmayıl Şıxlı yaradıcılığına aid videoreportajlar, “Dəli Kür” filmindən fraqmentlər nümayiş etdirildi, iştirakçılara yazıçı barədə ətraflı məlumatlar verilib.

 

 Qeyd edək ki, yubiley ili çərçivəsində “3 alma” tərəfindən dahi yazıçının cəbhə xatirələri və hekayələrindən ibarət “Məni itirməyin” adlı kitabı çap edilib.

 

Bundan başqa, bir sıra intellektual oyunlarda sualların müəllifi və uşaq yazıçısı Mürşüd İsmayılzadə də maraqlı və düşündürücü suallarla şagirdlərin dünyagörüşünü yoxlayıb. Suallara düzgün cavab verənlər “3 alma” tərəfindən kitablarla mükafatlandırılıb.

 

Bu, xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibəti ilə “3 alma” tərəfindən həyata keçirilən ikinci tədbirdir.

 

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020