Məşhur yazıçı vəfat etdi

Amerikalı yazıçı Coanna Lindsey  vəfat edib.

 

Kulis.az xəbər verir ki, bu barədə 24 Amerikanın “The Sun” xəbər portalında məlumat verilib.

 

67 yaşında həyata vida edən yazıçı uzun müddət ağciyər xərçəngi ilə mübarizə aparırdı.

 

Qəribədir ki, oktyabr ayının sonlarında vəfat edən yazıçının ölümü haqqında ailəsi mediaya dünən məlumat verib.

 

Xatırladaq ki, Coanna Lindsey  tarixi məhəbbət romanlarının müəllifi kimi dünyada məşhurdur. Onun biblioqrafiyasına “Haardrad ailəsinin dastanları”, “Lu San Ter” və digər məşhur kitablar daxildir. Yazıçının əsərləri dünyada 60 milyondan artıq satılıb.  Onun adı kitabları dünyada ən çox satılan yazıçılar siyahısında ilk yerləri tutub.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020