Azərbaycanlı şair Serbiya Yazıçılar Birliyinə qəbul edildi

Fərid Hüseyn Serbiya Şairlər Birliyinə üzv qəbul edilib.

 

Kulis.az xəbər verir ki, bu barədə şair özü məlumat yayıb. 

 

Serbiya Yazıçılar Birliyinin bu qərarı barədə gənc şair açıqlamasında deyib:

 

"Mən 4 dəfə Dünya Yazarlarının Belqrad görüşündə iştirak etmişəm. Bu il Belqraddakı "CompuTech" nəşriyyatında "Часови васпитань духа" - "Qəlbin tərbiyə dərsləri" - adlı şeirlər kitabım serb dilində işıq üzü gördüb. Hər iki ölkənin ədəbiyyatı qarşılıqlı şəkildə tərcümə olunur, maraqlı layihələr reallaşdıracağıq. Üzvülüyə layiq bilənlərə təşəkkür edirəm".

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020