Bu gün bütün qatarlara gecikdim – Səhər Əhməddən yeni şeir

Kulus.az şair Səhər Əhmədin yeni şeirni təqdim edir. 

Bu gün bütün qatarlara gecikdim,
Hamısına bir saniyə, bir addım.
Perronda dayanıb boynumu bükdüm,
Sanki Nuhun gəmisinə gec qaldım.

Köks ötürdüm, kimsə “sağlam ol”, - dedi,
Hıçqırığa dönüşübmüş ahlarım.
Eh, adamlar, yaralayan, sağaldan,
Siz, ey mənim sevimli əclaflarım.

İndi çöldə leysan tökür şəhərə,
Mən yeraltda vaqonları sayıram.
Bu gün mənim işim çoxdu, qutarmaz,
Bu gün sənin günahını yuyuram.

Fikirliyəm, çatılıbdı qaşlarım,
Hər günahı bir savaba bükürəm.
İndi yəqin düşünürsən, hardayam?
Metrodayam, qatara gecikirəm...

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020