Alim Qasımov Yavuz Bingöllə duet oxuyacaq

Bu gün Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova İstanbulda  Beynəlxlaq Xalq Musiqiləri Festivalında çıxış edəcəklər.

 

Bu barədə Kulis.az-a məlumat verən Fərqanə Qasımova bildirib ki, bu onların sözügedən festivalda ilk  çıxışı olacaq: “Düzdü əvvəllər Türkiyənin müxtəlif şəhərlərində Alim müəllimlə mənim birgə iştirakımızla konsertlər olub, amma bu festivalda bizim ilk iştirakımız olacaq. Onu da qeyd edim ki, konsertdə Türkiyənin tanınmış müğənnisi Yavuz Bingöl ilə duet ifa edəcəyik”.

 

Qeyd edək ki, Beynəlxlaq Xalq Mahnıları Festivalı Türkiyənin Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir.

 

Gallery

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020