2019-cu ilin ən çox pul qazanan yazıçıları - Siyahı

“Forbes" jurnalı dünyanın ən çox gəlir əldə edən yazıçılarını açıqlayıb.

 

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ilin ən yüksək gəlirinə sahib olan yazıçıların ilk sıralarında İngilis yazıçısı Coan Roulinq qərarlaşıb. Mütəxəssislər onun gəlirinin 92 milyon dollar təşkil etdiyini bildiriblər. 

 

İkinci pillədə 70 milyon qazanan Ceyms Pattersonun adı qeyd olunub. Onu da qeyd edək ki, Ceyms Patterson ABŞ-ın ən varlı yazıçısıdır.

 

Üçüncü sırada isə ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama yer alıb. Onun xatirələri 10 milyondan çox tirajla satılıb.

 

Dördüncü pillədə 20 milyon dollar qazanan Ceff Kinney, beşinci yerdə isə 17 milyon dollar gəlirə sahib olan Stiven King qərarlaşıb.

 

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020