“Stalinlə ixtilal xatirələri” kitabı fransız dilində nəşr edilib

Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi M.Ə.Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” kitabını fransız dilində nəşr edib.

 

Nəşriyyatdan kulis.aza verilən məlumata görə kitabda apardığı repressiyaları ilə yadda qalan Stalinin Bakıdakı fəaliyyətindən və bu fəaliyyətin sonradan işğalla nəticələnməsindən bəhs edilir.

 

Kitaba ön sözü Strasburq Universitetinin Türkologiya departamentinin direktoru, tarixçi Stefan dö Tapia yazıb. Həmçinin Azərbaycan, İran, Türkiyə, Almaniya və Polşada ictimai və fəlsəfi fikrin inkişafına sanballı töhfələr vermiş, siyasət, beynəlxalq həyat, öz müqəddəratını təyin etməklə bağlı aktual məsələlərə dair çoxlu əsər və məqalələr yazmış M.Ə.Rəsulzadə haqqında məlumat yer alıb.

 

Qeyd edək ki, məqsədi Azərbaycan mədəniyyət və ədəbiyyatını təşviq etmək olan “Kəpəz” nəşriyyat evi fəaliyyət göstərdiyi qısa müddət ərzində bir çox azərbaycanlı yazıçıların əsərlərini fransız dilində dərc edib. Nəşriyyatın Nəriman Nərimanovun “Bahadır və Sona”, Hüseyn Abbaszadənin “Haradansınız Müsyö Abel?”, “Azərbaycan Ədəbiyyatı Antologiyası - XIX əsrdən günümüzə qədər”, Əhməd bəy Ağayevin “Müsəlman dünyasında reformlar”, Çingiz Abdullayevin “Şübhəsiz metamorfoza”, Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kimi fransız dilində dərc etdiyi kitablarını Fransa kitabxanalarında asanlıqla əldə etmək olur.

LENT

25 Yanvar 2020
24 Yanvar 2020
23 Yanvar 2020
22 Yanvar 2020