Bakıda klassik vokal festivalı keçiriləcək - İlk dəfə

Dekabrın 17-dən 24-dək Mədəniyyət TV-nin yeni layihəsi - klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək.

 

APA-nın məlumatına görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutan festival Azərbaycanda ilk dəfə keçirilir.

 

Festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

 

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.

 

Festivalın təntənəli bağlanış mərasimi dekabrın 24-də Heydər Əliyev Mərkəzində baş tutacaq.

LENT

25 Yanvar 2020
24 Yanvar 2020
23 Yanvar 2020
22 Yanvar 2020