Qədir Rüstəmovun xatirəsi yad ediləcək

Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti tədbiri keçiriləcək.

 

Kulis.az xəbər verir ki, dekabrın 14-də BMM-nin “Unudulmayanlar” layihəsi çərçivəsində Xalq artisti, xanəndə Qədir Rüstəmovun xatirəsi yad ediləcək.

 

Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. Xanəndənin ifasında “Sona bülbüllər” mahnısı xüsusilə sevilir.

 

BMM-nin “Unudulmayanlar” layihəsi ənənəsinə uyğun olaraq bu dəfə də xatirələrdə yaşayan xanəndənin ömür və yaradıcılıq yoluna nəzər salacaq.

 

Qeyd edək ki, BMM-nin "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılıqlarına dair axşamların təşkil olumasıdır.

 

Biletləri iTicket.az və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Ərtaflı məlumat üçün BMM-nin Facebbok və İnstagram səhifələrini izləyin. Informasiya dəstəyi  Mədəniyyət  kanalı və Asan radiodur.

LENT

25 Yanvar 2020
24 Yanvar 2020
23 Yanvar 2020
22 Yanvar 2020