Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş rəqs festivalı keçirildi

Xalq artisti Əminə Dilbazinin 100 illiyinə həsr olunmuş rəqs festivalı keçirilib.

 

Kulis.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100 illiyinə həsr olunan  rəqs festivalında Xəzər rayonu ərazisində yerləşən məktəblərin şagirdləri iştirak ediblər.

 

Sonda festivalda iştirak edən şagirdlər diplomlarla təltif olunublar.

 

Qeyd edək ki, Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərib. Xalq artisti bir çox filmlərdə rəqslərə quruluş verib. O, Azərbaycan Dövlət filarmoniyasının səhnəsində oynanılan “Dədə Qorqud”, “Azərbaycan toyu”, “Bir bağçanın gülləri” səhnə əsərlərində əsas partiyaların ifaçısı olub. Onun oynadığı “İnnabı”, “Tərəkəmə”, “Vağzalı”, “Turacı”, “Naz eləmə” rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək və ərəb rəqsləri də daxil olan Əminə Dilbazi “Leyli və Məcnun” operasında, “Arşın mal alan” və “O olmasın, bu olsun” komediyaları və başqa əsərlərdə də rəqslərə quruluş verib.

 

LENT

25 Yanvar 2020
24 Yanvar 2020
23 Yanvar 2020
22 Yanvar 2020