Gözləri görməsə də böyük uğur qazandılar - Siyahı

Kulis.az gözləri görməyən 6 məşhur sənətçini təqdim edir.

 

 

Aşıq Veysəl

 

 

1894-cü il, 25 oktyabrda dünyaya gələn məşhur türk ozanı Aşıq Veysəli "Google" da unutmayıb. Doğum günü üçün bir “doodle” (xatirə) hazırlayıb. 7 yaşında çiçək xəstəliyi ucbatından iki gözünü də itirib. Amma bu durum həyatda ona mane ola bilmədi və inanılmaz əsərlər yaratdı. Onun şeirlərini bilməyən, şeirlərinə bəstələnən mahnıları eşitməyən yoxdur.

 

 

Oldos Haksli

 

 

Oksfordda təhsil alarkən görmə ilə bağlı problemləri yarandığı üçün təhsilini yarımçıq saxladı. Gözlərini itirsə də həyatın manelərinə qarşı çıxdı. Müasirlər Hakslinin iki ayrı ruh daşıdığını deyirdilər. Dünyaca məşhur “Cəsur yeni dünya” adlı kitabı ilə məşhurlaşdı.

 

 

Stivi Uander

 

 

O yaşayan bir əfsanədir. Bu günə kimi 22 Qremmi mükafatı qazanıb. Uşaqlıqda görmə qabiliyyətini itirən Stiviyə heç nə mane ola bilmədi. Bob Marlidən təsirlənən sənətçinin əsərləri dünya çapında yüz milyonlarla satıldı.

 

Andrea Boçelli

 

 

12 yaşında futbol oynayarkən keçirdiyi qəza nəticəsində görmə qabiliyyətini itirir. Ancaq gələcək həyatı uğurla keçir. İki oğul və bir qız atasıdır. Hüquq fakültəsi məzunudur və hazırda dünyanın ən yaxşı üçüncü tenoru olaraq qəbul edilməkdədir.

 

 

Art Teytum

 

 

Katarakta göz xəstəliyi səbəbiylə görmə qabiliyyətini itirir. Əsərləri dünyada məşhurdur. Yaşadığı dövrün “ən yaxşı pianisti” kimi qəbul edilib. Bir çox caz musiqiçiləri onu dünyanın səkkizinci möcüzəsi adlandırır.

 

 

Luis Brayl

 

Related image

 

Kiçik yaşlarında gözlərini itirən Luis bu gün gözdən əlillər üçün dünya miqyasında istifadə olunan Brayl əlifbasının yaradıcısıdır.

 

 

LENT

10 Dekabr 2019
09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019