Çox narahatam...

 

Kulis.az professor Qorxmaz Quliyevin İmadəddin Nəsimi ilə sosial şəbəkələrdə yenicə paylaşdığı fikirləri təqdim edir.     

 

Nəsiminin yubileyi ilə bağlı keçirilən tədbirlərdə bir meyl məni çox narahat edir: şairin yaradıcılığını nəyin bahasına olursa-olsun bircə mənbəyə - hürufiliyə müncər etməyə, onun əsərlərinin bircə yöndə oxunmasına, hər bir oxucunu Nəsimiyə çevirməyə cəhd olunur.

 

Yaddan çıxır ki, ədəbi-bədii söz şairlə oxucu - ünvanlayanla ünvanlanan arasında dialoqdur, Nəsiminin oxucularının, oxucuların Nəsiminin hesabına mənən və ruhən zənginləşməsi prosesidir. Nəsimi yalnız onda öz tarixi vəzifəsini həyata keçirə bilər ki, məni nəsimiləşdirməkdən vaz keçsin, özümü tapmaqda, təsdiq etməkdə mənə yardımçı olsun.

 

Oxucunu 650 il əvvələ köçürüb nəsimiləşdirmək onunla şair arasında keçilməz uçurumun meydana gəlməsinə səbəb olur. Bu uçurumu dəf etməyin bircə yolu var - Nəsimini XXI əsrin oxucusu kimi oxumaq! Mən Nəsiminin hürufiliyini inkar etmirəm. Lakin bu fəlsəfi konsepsiya sənətkarın daxili aləminə yoldur. 

LENT

07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019