Fotomüsabiqənin qalibləri açıqlandı

Dekabrın 26-da Heydər Əliyev Mərkəzində “Azərbaycanım” müsabiqəsinə təqdim olunan fotolardan ibarət sərgi və qaliblərinin mükafatlandırılması mərasimi olub.

 

Müsabiqəyə 3000-dən çox foto təqdim edilib. Onların arasından seçilən 165 foto Heydər Əliyev Mərkəzindəki sərgidə nümayiş edilib.

 

Layihə ölkənin unikal təbiətini, qədim tarixini, zəngin mətbəxini, adət-ənənələrini, mədəniyyət və incəsənətini, insanların sosial həyatını fotolarla geniş ictimaiyyətə tanıtmaq, eləcə də gənclərin fotoqraflıq peşəsinə marağını artırmaq, istedadları üzə çıxarmaq və onların fərdi bacarıqlarının inkişafına dəstək məqsədilə həyata keçirilib.

 

Fotoqraf Orxan Aslanov çıxışı zamanı sərginin keçirilməsində Heydər Əliyev Mərkəzinə və “Regional İnkişaf” İctimai Birliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, bu ideya qeyri peşəkar fotoqrafları bir araya toplamaq üçün yaranıb.

 

Layihənin qaydalarına əsasən, birinci yerin qalibi Sənan Müşayev, ikinci yerin qalibi müsabiqənin “Instagram” səhifəsində fotoların bəyənilmə sayı və münsiflər heyətinin rəyi əsasında Süleyman Süleymanlı, üçüncü yerin qalibi isə sərgi zamanı keçirilən səsvermə nəticəsində Nicat Adıgözəlov müəyyən edilib.

 

Tədbirdə qaliblərə qiymətli hədiyyələr və diplomlar, fərqlənən iştirakçılara həvəsləndirici mükafatlar təqdim olunub.

 

Layihənin davamı olaraq regionlarda fotoqrafiya təlimləri və sərgilərin təşkili nəzərdə tutulur./azertag.az/

LENT

05 Fevral 2020
04 Fevral 2020
03 Fevral 2020
01 Fevral 2020
31 Yanvar 2020