Alim Qasımovun qızından Nəsimi sürprizi - Video

 Əməkdar artist Fərqanə Qasımova "Mən bu cahana sığmazam" kompozisiyasına çəkdirdiyi klipini təqdim edib. 

 

Kulis.az xəbər verir ki, “Nəsimi ili” çərçivəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə bəstələnən mahnıya çəkilən klip Bakı Kitab Mərkəzində baş tutub.

 

Musiqisi və aranjimanı Tohid Noruziyə aid olan kompozisiyaya çəkilən klipin rejissoru Cəlil Didehvərdir.

 

Tədbirdə nəsimişünas alimlər məşhur qəzəlin özündə ehtiva etdiyi dərin məna qatlarından söz açıblar. Nümayişdən sonra Fərqanə Qasımovanın ifasında Nəsimidən daha bir neçə qəzəl səslənib.

 

 

 

 

LENT

07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019