Nəsimiyə həsr edilmiş şeir müsabiqəsinə yekun vurulub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük şairi İmadəddin Nəsimiyə həsr olunan şeir müsabiqəsinə yekun vurulub.

 

Müsabiqədə paytaxtın bütün rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin yerli seçim turuna qatılan və yüksək bal toplayan 22 istedadlı şagirdi iştirak edib. Şagirdlərin ifasında Nəsiminin qəzəllərindən nümunələr səsləndirilib. Oxucuların ifaları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekunda 3 qalib seçilib və onlar diploma layiq görülüblər. Mükafat alanlar sırasında Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucuları da var.

 

Qeyd edək ki, müsabiqə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar paytaxtın mərkəzləşdirilmiş kitabxana sistemləri arasında şeir müsabiqəsinin keçirilməsi haqqında qəbul etdiyi qərara əsasən təşkil olunub. /azertag.az/

 

LENT

07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019