Məşhur rejissor cinsi zorakılıqda ittiham olunur

Fransız aktrisası Valentin Mone Roman Polanskini ona təcavüzdə günahlandırıb.

 

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, aktrisa 1975-ci ildə İsveçrədə xizək yarışlarında iştirak edən zaman Roman Polanski ilə tanış olmuş, onunla maraqlı gün keçirmişdir. Lakin, aktrisanın sözlərinə görə günün sonunda o, rejissor tərəfindən təhqir olunmuşdur.

 

86 yaşlı Roman Polanski təcavüz iddialarına hələ ki, heç bir cavab verməyib. Xatırladaq ki, 70-ci illərdə rejissor belə bir qalmaqala görə ABŞ-dan qaçmalı oldu. Bundan başqa rejissor yetkinlik yaşına çatmayan şəxsə sui-istifadə etməkdə ittiham olundu.

 

LENT

14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019