Təbrizli aşıq Kulis.az-ın canlı efirində olacaq

Cənubi Azərbaycanlı aşıq Çingiz Mehdipur Kulis.az-ın canlı efirində qonaq olacaq.

 

“Dalğa” qrupunun rəhbəri  ilə söhbət bu gün saat 15:00-da start götürəcək. Canlı yayıma sazı ilə birgə qatılacaq  Mehdipur Bakıda verəcəyi “Arazın səsi” adlı konsertdən, yaradıcılığından danışacaq.  

 

Qeyd edək ki, Çingiz Mehdipurun rəhbərlik etdiyi qrupun konserti noyabrın 14-ü saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

LENT

14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019